×

Xəbərlər

Xəbərlər 25 Sep 2026
ADNSU-da “27 Sentyabr – Anım Günü” adlı kitab sərgisi təşkil edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində 27 Sentyabr - Anım Günü ilə əlaqədar “27 Sentyabr - Anım Günü” adlı kitab sərgisi təşkil edilib.

Sərgidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş, Vətən müharibəsi və qəhrəmanlıq mövzusunu əhatə edən Azərbaycan, rus və ingilis dillərində 90-a yaxın kitab, fotoalbom və müxtəlif janrlı ədəbiyyat nümunələri nümayiş etdirilir. Sərgidə, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti, Azərbaycan Ordusunun şanlı döyüş yolu, Vətən müharibəsində göstərilən qəhrəmanlıq və şücaətdən bəhs edən nəşrlər,fotolar yer alıb.

Xüsusilə ADNSU-nun şəhid məzunlarının həyat və döyüş yollarından bəhs edən kitab və materiallar sərginin əsas bölmələrindən birini təşkil edir.

Sərginin keçirilməsində məqsəd Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq və şücaət nümunələrini gənc nəslə tanıtmaq, milli-mənəvi dəyərlərin və vətənpərvərlik hissinin təbliğinə töhfə verməkdir.


Paylaş