Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbərliyi, əməkdaşları və tələbələri 27 Sentyabr – Anım Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, xatirə abidəsinin önünə gül dəstələri düzülüb.
ADNSU kollektivi Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsini ehtiramla anıb.