×

Xəbərlər

Xəbərlər 28 Sep 2026
ADNSU-nun həmtəşkilatçılığı ilə Yaşıl kimya texnologiyaları mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) həmtəşkilatçılığı ilə Özbəkistanın Urgənc Dövlət Universitetində “Yaşıl kimya texnologiyaları: elm, innovasiya və sənayenin transformasiyası imkanları” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Tədbiri Urgənc Dövlət Universitetinin rektoru Feruza Mədrahimova açaraq konfransın işinə uğurlar arzulayıb.

Hibrid formatda keçirilən konfransın açılış mərasimində ADNSU-nu elm və innovasiyalar üzrə prorektor Elviz İsmayılov təmsil edib. O, iştirakçıları salamlayaraq yaşıl kimya texnologiyalarının inkişafında universitetlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Beynəlxalq elmi konfransda Özbəkistan, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Hindistan, Çin və Türkiyədən alimlər, ali təhsil müəssisələrinin rəhbərləri və sahə üzrə mütəxəssislər iştirak edirlər.

Konfrans çərçivəsində yaşıl kimya texnologiyaları sahəsində elmi yeniliklər, innovativ həllər və müasir texnologiyaların sənayedə tətbiqi perspektivləri müzakirə olunur. Tədbir alim və mütəxəssislər arasında elmi fikir mübadiləsinin aparılması, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və yaşıl texnologiyalar sahəsində birgə təşəbbüslərin təşviqi baxımından əhəmiyyət daşıyır.


Paylaş