Sentyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsində “Azərişıq” ASC-nin nümayəndələri ilə tələbələrin görüşü və “Enerji səmərəliliyi və yaşıl gələcək” innovativ təşəbbüslər layihə müsabiqəsi keçirilib.
Görüş zamanı tələbələrə müsabiqənin məqsədi, iştirak qaydaları və əsas istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, layihənin məqsədi enerji səmərəliliyi, yaşıl texnologiyalar, bərpa olunan enerji mənbələri, rəqəmsal monitorinq və smart texnologiyalar sahəsində tələbələrin innovativ ideyalarını dəstəkləməkdir.
Tədbir tələbələrin elmi-yaradıcı potensialının inkişafı və ADNSU ilə “Azərişıq” ASC arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.