×

Xəbərlər

Xəbərlər 01 Oct 2026
ADNSU tələbələrinə Dövlət Proqramı ilə xaricdə təhsil imkanları haqqında məlumat verilib

Sentyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə “Dövlət Proqramı ilə xaricdə təhsil” mövzusunda seminar keçirilib.

Seminarda tələbələrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın məqsədləri, müraciət və seçim qaydaları, tələb olunan sənədlər, müsahibə mərhələsi və maliyyə təminatı barədə məlumat verilib. Həmçinin proqram çərçivəsində tələbələrin təhsil müddətində və məzun olduqdan sonra daşıdıqları öhdəliklər izah olunub.

Seminarda Dövlət Proqramının qalibi olan ADNSU məzunu Nihad Qiyaslı da iştirak edib. 2021-ci ildə “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olan və 2025-ci ildə 90 ÜOMG ilə məzun olan Nihad Qiyaslı 2025–2026-cı tədris ilində Dövlət Proqramı çərçivəsində University of Nottingham-da “Sustainable Energy Engineering” ixtisası üzrə magistratura təhsili alıb. O, 2026–2027-ci tədris ili üzrə keçirilən müsabiqədə doktorantura təhsili üzrə də Dövlət Proqramının qalibi seçilib və təhsilini həmin universitetdə “Dayanıqlı enerji texnologiyaları” ixtisası üzrə davam etdirəcək.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb və xaricdə təhsil imkanları ilə bağlı praktiki məlumatlar təqdim olunub.


Paylaş