×

Xəbərlər

Xəbərlər 13 Oct 2026
“Müasir dövrdə korroziya problemləri və həlli yolları” mövzusunda keçiriləcək Beynəlxalq konfransda ADNSU-nun rektoru məruzə ilə çıxış edəcək

2026-cı il 15–16 oktyabr 2026-cı il tarixdə “SABAH City” mərkəzində  Akt zalında  “Müasir dövrdə korroziya problemləri və həlli yolları” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək. Ali Təhsil üzrə Dövlət Agentliyinin və akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda korroziya prosesləri, mühafizə üsulları və yeni inhibitorların hazırlanması ilə bağlı elmi araşdırmalar təqdim olunacaq.

Konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov “Neft-qaz sənayesində korroziya proseslərinin idarə olunması: empirik tədqiqat nəticələrinin təqdimatı” mövzusunda əsas məruzə ilə çıxış edəcək.

Ümmumilikdə konfrans proqramına əsasən, müzakirələr zamanı neft-qaz sənayesində korroziya problemləri, metal avadanlıqların mühafizəsi, korroziyaya davamlı materialların hazırlanması və müasir qoruyucu texnologiyaların tətbiqi kimi məsələlərə diqqət yetiriləcək. Tədbir çərçivəsində yerli və xarici tədqiqatçıların elmi məruzələri də təqdim olunacaq.


Paylaş