×

Xəbərlər

Xəbərlər 13 Oct 2026
ICPC Azərbaycan Regional Yarışının 1/8 mərhələsi ADNSU-da da keçirilib

Oktyabrın 9-da International Collegiate Programming Contest (ICPC) Azərbaycan Regional Yarışının 1/8 mərhələsi bir sıra universitetlərdə eyni vaxtda təşkil olunub. Komanda yarışlarının bir hissəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) iştirak edib.

ADNSU-da keçirilən mərhələdə ümumilikdə 21 komanda aktiv iştirak edib. İştirakçılar verilən alqoritmik məsələləri məhdud vaxt ərzində komanda şəklində həll etməyə çalışıblar.

Bu mərhələdə ADNSU, Azərbaycan İqtisadiyyat Universitetinin (UNEC) tələbələrini də qonaq qismində qəbul edib. Beləliklə, UNEC-in tələbələri yarışda ADNSU-nun məkanında iştirak etmək imkanı əldə ediblər.

ICPC dünyanın ən nüfuzlu tələbə proqramlaşdırma yarışlarından biridir. Belə yarışlar tələbələrin komanda işi, məntiqi təfəkkür və problemləri sürətlə həll etmək bacarıqlarının inkişafına xidmət edir.


Paylaş