×

Xəbərlər

Xəbərlər 14 Oct 2026
ADNSU tələbələri 77-ci Beynəlxalq Astronavtika Konqresində uğurla iştirak ediblər

5–9 oktyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) keçirilib. Kosmik elm və texnologiyalar sahəsində dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri hesab olunan konqresdə 108 ölkədən 10 mindən çox iştirakçı bir araya gəlib.

Tədbir çərçivəsində ümumilikdə 8 330 elmi iş təqdim olunub, onlardan 4 077-si qəbul edilib. Azərbaycan 211 qəbul edilmiş elmi işlə ölkələr arasında beşinci yerdə qərarlaşıb.

Konqresdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) SSBAH Mərkəzinin rəhbəri Arzu İbrahimova və universitetin 15 tələbəsi təmsil edib. ADNSU tələbələri müxtəlif elmi istiqamətlər üzrə keçirilən sessiyalarda iştirak edib, öz elmi tədqiqatlarını təqdim edərək beynəlxalq elmi müzakirələrə töhfə veriblər.

ADNSU tələbələrinin IAC 2026 kimi nüfuzlu beynəlxalq elmi platformada iştirakı onların elmi-tədqiqat potensialının inkişafı, əldə etdikləri nəticələrin beynəlxalq səviyyədə təqdim olunması və universitetin qlobal akademik mühitdə təmsilçiliyinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu iştirak universitet tələbələrinin kosmik elm və texnologiyalar sahəsində beynəlxalq təcrübə qazanmasına, elmi əlaqələrini genişləndirməsinə və gələcək tədqiqat fəaliyyətləri üçün yeni imkanlar əldə etməsinə şərait yaradır.


Paylaş