Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Xarici Dillər Mərkəzi tərəfindən tələbələr üçün ödənişsiz IELTS hazırlıq kursuna start verilib.
Tələbələrin IELTS imtahanına hazırlığına və sertifikat əldə etmə prosesinə dəstək göstərmək məqsədilə təşkil olunan kurs Xarici Dillər Mərkəzinin peşəkar müəllimləri tərəfindən keçirilir. Dərslər həftədə bir dəfə, şənbə günləri saat 13:00-da universitetin Xarici Dillər Mərkəzində təşkil olunur.
Kurs çərçivəsində tələbələrə IELTS imtahanının strukturu və tələbləri, hazırlıq mərhələləri və effektiv strategiyalar haqqında məlumat verilir. Eyni zamanda, dinləmə (Listening), oxuyub-anlama (Reading), yazı (Writing) və danışıq (Speaking) bacarıqlarının inkişafına yönəlmiş hazırlıq məşğələləri keçirilir.