Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Astana IT Universitetində görüş keçirib.
Görüşdə ADNSU-nun Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli iştirak ediblər.
Astana IT Universitetini rektor Altair Akhmetov, Kommunikasiyalar və marketinq departamentinin direktoru Saltanat Askarova və Ümumtəhsil fənləri departamentinin direktoru Jibek Tileşova təmsil ediblər.
Görüş zamanı iki universitet arasında akademik mobilliyin inkişafı, tələbə və akademik heyətin mübadiləsi, ikili diplom proqramlarının yaradılması və birgə elmi tədqiqatların həyata keçirilməsi imkanları müzakirə olunub. Həmçinin birgə intensiv təlim proqramlarının (bootcampların) və beynəlxalq hakatonların təşkili, tələbələrin bu təşəbbüslərdə iştirakı barədə fikir mübadiləsi aparılıb.