×

Xəbərlər

Xəbərlər 16 Oct 2026
ADNSU ilə Seyfullin Universiteti arasında elmi və akademik əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Astana şəhərində yerləşən Saken Seyfullin adına Qazax Aqrotexniki Tədqiqat Universitetində görüş keçirib.
Görüşdə ADNSU-nun Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli iştirak ediblər.
Seyfullin Universitetini Dayanıqlı İnkişaf Mərkəzinin rəhbəri Asel Abileva, Energetika İnstitutunun dekan müavini Maksat Anuarbekov və Beynəlxalq əməkdaşlıq və akademik mobillik departamentinin direktor müavini Guzel Tulegenova təmsil ediblər.
Görüş zamanı akademik mobilliyin inkişafı, müəllim mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi və ikili elmi rəhbərlik imkanları müzakirə olunub. Həmçinin beynəlxalq elmi konfransların, yay məktəblərinin, birgə beynəlxalq olimpiada və hakatonların, eləcə də beynəlxalq tələbə konfranslarının təşkili barədə fikir mübadiləsi aparılıb. Beynəlxalq elmi jurnallarda birgə məqalələrin nəşri də müzakirə mövzuları sırasında olub.
Qeyd edək ki, əsası 1957-ci ildə qoyulan Saken Seyfullin adına Qazax Aqrotexniki Tədqiqat Universiteti aqrar sahə üzrə kadr hazırlığı və elmi tədqiqat fəaliyyəti həyata keçirən ali təhsil müəssisəsidir. Universitet dayanıqlı inkişaf prinsiplərini fəaliyyətinə inteqrasiya edir, yaşıl texnologiyalar və ekoloji dayanıqlılıq istiqamətlərində tədqiqatlara da diqqət ayırır.


Paylaş