Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin evsahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələriarasında İkinci Rektorlar Forumu keçirilib. İki ölkədən 30-a yaxın ali təhsil müəssisəsinin iştirak etdiyi forum ali təhsilsahəsində tərəfdaşlığın inkişafına həsr olunub.
Forumun açılışında çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov forum iştirakçılarını salamlayıb və onlarırəhbərlik etdiyi universitetdə görməkdən məmnunluğunu ifadəedib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahələrində əməkdaşlığıninkişaf dinamikasından danışıb. Nazir universitetlər arasındaakademik əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsiningücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsininəhəmiyyətini vurğulayıb.
Forum çərçivəsində hər iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri keçirilib. Müzakirələrdə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların nəticələrinin praktik tətbiqi, innovasiya potensialının artırılması, eləcə də Azərbaycan və Özbəkistanın ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) rektor, dosent Rüfət Əzizovun rəhbərliyi ilə forumda geniş tərkibdə təmsil olunub.
Rektor Rüfət Əzizov forum çərçivəsində “Bilikdən nəticəyə: universitet–sənaye sahələri arasında elmi-tədqiqat və innovasiya əməkdaşlığının möhkəmləndirilməsi” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib. Müzakirə zamanı universitetlərlə sənaye sektoru arasında əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların praktiki nəticələrinin istehsalata və iqtisadiyyata tətbiqi, eləcə də innovativ təşəbbüslərin təşviqi məsələləri diqqət mərkəzində olub. Bu kontekstdə universitetlərin elmi potensialının sənayenin ehtiyacları ilə uzlaşdırılmasının, birgə tədqiqat layihələrinin həyata keçirilməsinin və elmi biliklərin real nəticələrə çevrilməsinin əhəmiyyəti vurğulanıb.
Forumun proqramı çərçivəsində iştirakçılar Xankəndi və Şuşa şəhərlərinə tanışlıq səfərləri edib, həmçinin Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbi ziyarət ediblər.
İki gün davam edən forumun oktyabrın 17-də başa çatıb.