×

Xəbərlər

Xəbərlər 19 Oct 2026
ADNSU-nun məzunu, Heydər Əliyev adına Neft Emalı Zavodunun mühəndisi öz təcrübəsini tələbələrlə bölüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu, Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalat üzrə mühəndisi Elnur Cəbrayılzadə öz təcrübəsini tələbələrlə bölüşüb.

O, tələblərlə görüşdə hidrotəmizləmə qurğusunun fəaliyyəti və bu sahədə qazandığı praktiki təcrübə barədə məlumat verib, mövzü ilə bağlı tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.

İnteraktiv müzakirə şəraitində keçən görüş tələbələrə hidrotəmizləmə qurğusunda həyata keçirilən proseslərlə bağlı praktiki təcrübədən məlumat əldə etmək, nəzəri biliklərin istehsalat şəraitində tətbiqini daha yaxından anlamaq imkanı yaradıb.


Paylaş