Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Kompüter elmləri və mühəndisliyi” kafedrasının müdiri, dosent, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova İspaniyanın Madrid şəhərində keçirilən Women in High Performance Computing – Mediterranean and Related Chapter (MAR-WHPC) vorkşop proqramında çıxış edib.
Səfər çərçivəsində Nigar İsmayılova, həmçinin süni intellekt tətbiqləri, kompüter elmlərində qadınların rolu və elmi layihələrin praktik tətbiqi kimi mövzulara həsr olunmuş 20-ci RES Users’ Conference (JURES26) beynəlxalq konfransında iştirak edib.
Tədbirlər Avropanın yüksək məhsuldarlıqlı hesablamalar (HPC) ekosistemində əldə olunan təcrübənin öyrənilməsi, elmi bilik və ideyaların paylaşılmasına həsr olunub.
Qeyd edək ki, ADNSU Azərbaycanda ilk HPC mərkəzinin fəaliyyətə başladığı ali təhsil müəssisəsi olaraq, bu istiqamətdə elmi-tədqiqat potensialının inkişafına, süni intellekt və qabaqcıl hesablama texnologiyalarının tətbiqinə xüsusi önəm verir.