×

Xəbərlər

Xəbərlər 22 Oct 2026
ADNSU-da açıq məlumatlar mövzusunda təlim keçirilib

Oktyabrın 21-də İnnovasiya və Rəqəmsal İnkişafAgentliyinin (İRİA) təşkilatçılığı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərəfdaşlığı ilə açıq məlumatlar mövzusunda təlimkeçirilib.

Tədbirdə ADNSU-nun Startup və TexnologiyaTransferi Ofisinin müdiri Əhməd Əhmədzadə çıxışedərək açıq məlumatların elmi tədqiqatlarda, innovativhəllərin hazırlanmasında və universitet–sənayeəməkdaşlığının inkişafında rolunu vurğulayıb. O, bucür təşəbbüslərin tələbə və tədqiqatçıların məlumatəsaslı layihələr hazırlamaq imkanlarınıgenişləndirdiyini və universitetin innovasiyapotensialına töhfə verdiyini bildirib.

Daha sonra İnnovasiya və Rəqəmsal İnkişafAgentliyinin layihə meneceri Xanım Rəhmanova açıqməlumat anlayışı, beynəlxalq təcrübə, Azərbaycandaaçıq məlumatlar ekosistemi və bu sahənin hüquqi-institusional çərçivəsi barədə təqdimatla çıxış edib. O, həmçinin açıq məlumatların innovasiyalarıninkişafında, data əsaslı qərarvermədə, eləcə də dövlətvə özəl sektorda sosial-iqtisadi inkişafındəstəklənməsində rolundan bəhs edib.

Təlim çərçivəsində açıq məlumatlardan elmitədqiqatlarda, tədris prosesində və innovativ layihələrinhazırlanmasında istifadə imkanları müzakirə olunub. İştirakçılar məlumatların əlçatanlığı, keyfiyyəti, yenilənmə tezliyi və istifadəsi zamanı qarşıya çıxançətinliklərlə bağlı fikir mübadiləsi aparıblar. Eynizamanda, açıq məlumatlar əsasında yeni tətbiq, məhsulvə xidmətlərin hazırlanması, universitet və Agentlikarasında əməkdaşlıq imkanlarının genişləndirilməsiistiqamətində təkliflər səsləndirilib.

Qeyd edək ki, tədbirin əsas məqsədi universitetinakademik və innovasiya icmasının açıq məlumatlaraolan ehtiyaclarını müəyyənləşdirmək, buməlumatlardan səmərəli istifadə imkanlarınıaraşdırmaq və açıq məlumatlar sahəsində əməkdaşlığıninkişafına dəstək vermək olub.


Paylaş