×

Xəbərlər

Xəbərlər 22 Oct 2026
ADNSU-da bina mühəndis və idarəetməsistemlərinin istismarına dair təlim keçirilib

Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə “Bina mühəndis və idarəetmə sistemlərinin idarə edilməsi” mövzusunda təlim keçirilib.

Təlim “Paşa Property Management” şirkətinin istismar xidmətləri üzrə meneceri Nəbi Mahmudov tərəfindən aparılıb.

Təlimdə iştirakçılara binalarda mühəndis və idarəetmə sistemlərinin istismarı, onların idarə olunmasının əsas prinsipləri, eləcə də elektrik təsərrüfatının təşkili vəidarə edilməsi barədə məlumat verilib. Həmçinin binasistemlərinin səmərəli istismarı, texniki xidmət proseslərinin təşkili və bu sahədə diqqət yetirilməli məqamlar müzakirə olunub.

 

Təlim iştirakçılara mühəndis sistemlərinin idarə edilməsinə dair praktiki biliklərini artırmaq, peşəkar yanaşmalarla tanış olmaq və real iş mühitində tətbiqolunan təcrübələri öyrənmək imkanı yaradıb.


Paylaş