×

Xəbərlər

Xəbərlər 23 Oct 2026
ADNSU-nun "ATS Food" şirkətində təcrübə keçmiş tələbələri ilə görüş keçirilib

Oktyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə iCET (Industry-Connected Engineering Trainings) proqramı çərçivəsində "ATS Food" şirkətində təcrübə keçmiş tələbələrlə görüş keçirilib.

Görüşün əsas məqsədi tələbələrin təcrübə müddətində qazandıqları bilik və bacarıqları müzakirə etmək, onların gələcək karyera hədəflərini müəyyənləşdirmələrinə dəstək olmaq və peşəkar inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparmaq olub.

Müzakirə formatında təşkil olunan görüş zamanı tələbələrin təcrübə təəssüratları, əmək bazarına hazırlıq prosesi, karyera planlaması və gələcək peşəkar fəaliyyətləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, tələbələrin qarşıdakı dövr üçün hədəfləri, inkişaf imkanları və karyera istiqamətində atacaqları növbəti addımlar müzakirə olunub.

Görüş tələbələrin karyera planlaması prosesinə daha sistemli yanaşmalarına, mövcud imkanları dəyərləndirmələrinə və gələcək peşəkar fəaliyyətləri ilə bağlı daha aydın istiqamət müəyyənləşdirmələrinə dəstək məqsədi daşıyıb.

ADNSU-nun Məzunlarla iş və karyera mərkəzi tələbələrin peşəkar inkişafının dəstəklənməsi, onların əmək bazarına hazırlığının gücləndirilməsi və sənaye ilə əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.


Paylaş