Fevralın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin professor-müəllim heyəti ilə görüşüb. Görüşdə 2016-2017-ci tədris ilinin birinci yarısının nəticələri, imtahan prosesi, elektron universitetin vəziyyəti və başqa məsələlər müzakirə olunub.
Qış sessiyasının nəticələrindən danışan rektor, prof. M.Babanlı ötən illə müqayisədə nəticələrin daha yaxşı olduğunu vurğulayıb.
Elmi işlərdə böyük uğurlar qazanıldığını qeyd edən rektor M.Babanlı ötən il “Thomson Reuters”də ADNSU-nun professor-müəllim heyətinin 51 məqaləsinin dərc olunuğunu xatırladıb.
Universitetin beynəlxalq əlaqələrinin daha da genişləndirildiyini deyən rektor, M.Babanlı mübadilə proqramları ilə xarici universitetlərdə təhsil alan ADNSU tələbələrinin sayının artığını bildirib.
Sonda professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb.