×

Xəbərlər

Xəbərlər 30 Oct 2026
ADNSU-nun Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri “Nömrə 1” Çörək Zavoduna tədris-təcrübə səfəri ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiyaları fakültəsinin Biotexnologiya və qida mühəndisliyi kafedrasının tələbələri “Nömrə 1” Çörək Zavoduna tədris-təcrübə səfəri ediblər. Səfər zamanı tələbələr çörək istehsalının texnoloji mərhələlərini yerində izləyiblər, onlar müəssisənin istehsal laboratoriyasının fəaliyyəti ilə də tanış olublar. Burada xammalın və hazır məhsulun keyfiyyətinə nəzarətin necə aparıldığı, laboratoriya ilə istehsal arasında əlaqənin necə qurulduğu barədə ətraflı məlumat alıblar.

Bu cür səfərlər tələbələrin auditoriyada qazandıqları nəzəri bilikləri real istehsal təcrübəsi ilə birləşdirir və gələcək qida mühəndislərinin peşəkar hazırlığında mühüm rol oynayır. 


Paylaş