×

Xəbərlər

Xəbərlər 30 Oct 2026
Biotexnologiya və qida mühəndisliyi kafedrasının təşkilatçılığı ilə rəqəmsal transformasiyaya həsr olunmuş elmi seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiyaları fakültəsinin Biotexnologiya və qida mühəndisliyi kafedrası "Qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarətdə rəqəmsal transformasiya" mövzusunda elmi seminar təşkil edib. Sabah City məkanında keçirilən seminara kafedranın tələbələri və professor-müəllim heyəti qatılıb. Müxtəlif təşkilatların nümayəndələri seminarı onlayn izləyiblər. Seminarda Yaponiyanın Tokio Kənd Təsərrüfatı Universitetinin Biorobotika laboratoriyasının tədqiqatçısı, PhD Oruc Orucov məruzə ilə çıxış edib. Məruzədə qida məhsullarının keyfiyyətinə nəzarətdə ağıllı sensorların tətbiqi, robotlaşdırılmış analiz sistemləri, texnoloji proseslərin rəqəmsal monitorinqi, virtual reallıq texnologiyalarının sınaq və təlim məqsədilə istifadəsi kimi məsələlərə toxunulub. Məruzəçi Biorobotika laboratoriyasının tədqiqat istiqamətləri və orada aparılan işlər barədə ətraflı məlumat verib.

Seminar tələbələrin elmi təfəkkürünün formalaşmasına və tədqiqat fəaliyyətinə marağının artmasına mühüm töhfə vermişdir. 


Paylaş