×

Xəbərlər

Xəbərlər 30 Oct 2026
ADNSU tələbəsi ABŞ-da Beynəlxalq Biznesin İnkişafı proqramında iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Biznes və idarəetmə fakültəsinin İqtisadiyyat ixtisası üzrə IV kurs tələbəsi Emil Paşayev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali İllinoys və Purdue universitetlərinin birgə təşkil etdiyi Beynəlxalq Biznesin İnkişafı Proqramında iştirak edib.

Proqram çərçivəsində biznes, sahibkarlıq, istehsalat, marketinq, keyfiyyətin idarə edilməsi və liderlik istiqamətləri üzrə təlimlər keçirilib. İştirakçılar, həmçinin ABŞ-da fəaliyyət göstərən Quality Liquid Feeds, WM Display Group, Steven Brown Apartments, John Deere Distributor və digər şirkətlərə işgüzar səfərlər edərək onların fəaliyyəti və iş prosesləri ilə tanış olublar.

Qeyd edək ki, proqramın direktoru Mərkəzi Asiya Məhsuldarlıq Tədqiqatları Mərkəzi (Central Asia Productivity Research Center) təsisçisi professor Harry Lepinski olub. Proqramın sonunda Emil Paşayev iştirakını təsdiq edən sertifikatla təltif edilib.

 


Paylaş