Oktyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Xarici Dillər Mərkəzinin müəllimləri üçün AZİ Akademiyanın təşkilatçılığı ilə təlim keçirilib.
Təlimdə ingilis dilini tədris edən 21 müəllim iştirak edib. Onların xarici dil üzrə bilik səviyyəsini müəyyənləşdirmək məqsədilə test imtahanı keçirilib.
İmtahanın nəticələri iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təlim prosesinin mövcud ehtiyaclara uyğun təşkili baxımından əsas götürüləcək.
Qeyd edək ki, təlimlərin əsas məqsədi müəllimlərin bilik səviyyəsinin yüksəldilməsi, peşəkar bacarıqlarının təkmilləşdirilməsi və davamlı inkişafının dəstəklənməsidir.