×

Xəbərlər

Xəbərlər 30 Oct 2026
THİK-in təşkilatçılığı ilə meyvə və tərəvəzlərin emalında müasir konservləşdirmə texnologiyaları və qida təhlükəsizliyinə həsr olunmuş təlim keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiyaları fakültəsinin Biotexnologiya və qida mühəndisliyi kafedrasının tələbələri üçün "Meyvə və tərəvəzlərin emalında müasir konservləşdirmə texnologiyaları və qida təhlükəsizliyi" mövzusunda təlim təşkil edilib. Təlimçi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar laboratoriyasının karantin ekspertizası bölməsinin rəhbəri, b.ü.f.d. Nəzakət Abasova olub. Təlimdə meyvə və tərəvəzlərin emalında ənənəvi və müasir konservləşdirmə üsulları, termiki və qeyri-termiki emal texnologiyalarının məhsulun keyfiyyətinə və qida dəyərinə təsiri, xammalın qəbulundan hazır məhsula qədər bütün mərhələlərdə qida təhlükəsizliyinin təmin edilməsi, fitosanitar nəzarətin və laboratoriya ekspertizasının qida təhlükəsizliyindəki rolu kimi praktik məsələlər barədə interaktiv müzakirələr aparılıb.

Təlim tələbələrin qida emalı texnologiyaları və qida təhlükəsizliyi sahəsində biliklərinin genişlənməsinə, nəzəri biliklərin real praktika ilə əlaqələndirilməsinə xidmət edib.


Paylaş