×

News

News 18 Feb 2017
ADNSU-da Polşanın Adam Miskeviç Universitetinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycanda səfərdə olan Polşanın Adam Mitskeviç Universitetinin Erasmus+ proqramının direktoru Tomaş Branka və Fizika fakültəsinin əməkdaşı Bakıt Orozbayev fevralın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bir sıra görüşlər keçiriblər.

Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə qonaqlara ADNSU haqqında məlumat verib, universitetin xarici ali məktəblərlə əməkdaşlığından danışıblar. Tomaş Branka da öz növbəsində Adam Mitskeviç Universitetinin təcrübəsi haqqında həmkarlarına məlumatlar çatdırıb. Görüş zamanı tərəflər həm ikitərəfli münasibətlər, həm Erasmus+ şəbəkəsi çərçivəsində konkret əməkdaşlığın yollarını müzakirə ediblər.

Daha sonra Adam Miskeviç Universitetinin Fizika fakültəsinin əməkdaşı Bakıt Orozbayev ADNSU-nun elmi işlər üzrə prorektoru Rauf Əliyarovla görüşüb. Görüşdə iki universitet arasında elmi sahədə əməkdaşlığın qurulması, inkişaf etdirilməsi məsələləri müzakirə olunub.


Share