×

News

News 20 Feb 2017
Polşalı mütəxəssislər ADNSU tələbələri üçün seminar keçiblər

Fevralın 20-də Polşanın Adam Miskeviç Universitetinin nümayəndələri Tomaş Branka və Bakıt Orozbayev ADNSU-nun BBA tələbələri üçün “Yaradıcılıq incəsənəti” mövzusunda təlim keçiblər. Xarici mütəxəssislər ADNSU tələbələrinə yaradıcılıq və incəsənətin qarşılıqlı əlaqələrindən, həmçinin insanın yaradıcılıq qabiliyyətini inkişaf etdirmək bacarığı və digər yaradıcılıq üsulları haqqında geniş məlumat veriblər. Tomaş Branka və Bakıt Orozbayevin Azərbaycana səfər etməsində məqsəd Adam Miskeviç Universiteti ilə ADNSU arasında əməkdaşlıq əlaqələrini gücləndirməkdir.


Share