×

News

News 20 Feb 2017
ADNSU tələbələrinin təşkil etdiyi “TEDx ASOIU” konfransı keçirilib

Fevralın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tələbələrinin təşkil etdiyi “TEDx (Technology, Entertaiment, Design)  ASOIU” konfransı baş tutub.

Tədbir Geoloji-kəşfiyyat fakültəsinin 4-cü kurs tələbəsi Ənvər Məmmədli və tələbələrdən ibarət komanda tərəfindən təşkil olunub. Ənvər Məmmədli tədbirdə iştirak edən qonaqları konfransın  mövzusu və çıxış edəcək spikerlərlə tanış edib. “Sıfır Limit” mövzusunda baş tutan  konfransda yerli və əcnəbi olmaqla 10 spiker iştirak edib. Spikerlər öz uğur hekayələrini “Sıfır Limit” mövzusu çərçivəsində  iştirakçılarla bölüşüblər.

Sonda bütün komanda üzvlərinə sertifkat təqdim olunub.

Qeyd edək ki, TEDx müstəqil şəkildə təşkil edilən TED (Technology, Entertainment and Design) konfransıdır. TED hazırda dünyada mövcud olan ən iri fikir platformalarından biridir. Layihə 1984-cü ildə Riçard Vurmen tərəfindən ABŞ-da yaradılıb. TED hər hansı bir insanın konkret mövzuya aid maraqlı düşüncələrini bölüşməyə şərait yaradır. TED qaydalarına görə, spikerlər öz fikir və ideyalarını, demək istədiklərini minimum 3 dəqiqə, maksimum 15 dəqiqə ərzində auditoriyaya çatdırmalıdırlar. Çıxış edənlər arasında tanınmışlarla yanaşı adi vətəndaşlar da ola bilər.


Share