×

News

News 21 Feb 2017
ADNSU-nun dosenti qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib

Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika fakültəsinin “Elektromexanika” kafedrasının dosenti Sabir Osmanovun Təhsil Nazirliyinin Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilməsi münasibətilə görüş keçirilib. Dosent Sabir Osmanov yüksək ixtisaslı mühəndis kadrların hazırlanması sahəsində uzun müddət səmərəli elmi-pedoqoji fəaliyyətinə görə və anadan olmasının 90 illiyi münasibətilə təltif olunub. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev, Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov və fakültənin professor-müəllim heyəti iştirak edib.

Sabir Osmanovu mükafat alması münasibətilə təbrik edən rektor, prof. M.Babanlı ona uzun ömür, can sağlığı, şərəfli peşəsində müvəffəqiyyətlər arzu edib. Sabir müəllim kimi pedaqoqların öz biliklərinin tələbələrlə bölüşməsinin onlar üçün böyük təcrübə olduğunu deyən rektor Mustafa Babanlı bu cür mütəxəssisin ADNSU-da çalışmasından fəxr hissi duyduğunu söylyib.

Dosent Sabir Osmanov bu mükafatın onun üçün çox dəyərli olduğunu qeyd edib və bu təşəbbüslə Təhsil Nazirliyinə müraciət etdiyinə görə başda rektor Mustafa Babanlı olmaqla bütün ADNSU rəhbərliyinə minnətdarlığını bildirib. Həyatının 1944-cü ildən Azİİ ilə bağlı olduğunu qeyd edən dosent S.Osmanov bu ada layiq olmaq üçün bundan sonra da var gücü ilə çalışacağını bildirib.

Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov ADNSU-nun professor-müəllim heyətini daim diqqətdə saxladığı üçün rektor, prof. Mustafa Babanlıya təşəkkür edib.

Sonda rektor Mustafa Babanlı Təhsil Nazirliyinin Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanını dosent Sabir Osmanova təqdim edib.


Share