×

News

News 25 Feb 2017
ADNSU-da “Kompüter mühəndisliyi” mövzusunda təlim keçirilib

Fevralın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan-Britaniya Məzunları Birliyi (AUKAA) ilə ADNSU-nun əməkdaşlığı çərçivəsində təşkil olunan AUKAA Təcrübə Məktəbinin (ATM) “Kompüter mühəndisliyi” mövzusundakı ilk tədbiri baş tutub.

AUKAA idarə heyətinin sədri Ziya Qafarlı və idarə heyətinin üzvü Tural Qulu layihə haqqında tələbələrə geniş məlumat verib.

Tədbirdə Böyük Britaniyanın Şeffild Universitetinin məzunu Nicat Xalıqov və Mançester Universitetinin məzunu Ramin Cəfərov qazandıqları bilik və təcrübələri tələbələrlə bölüşüb. Eyni zamanda mütəxəssislər tərəfindən bu ixtisas üzrə təhsil alan tələbələrə ixtisasları ilə bağlı gələcək kariyeralarında gərəkli olacaq qısa məlumatlar verilib.

Sonda tələbələri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Qeyd edək ki. ATM bundan sonra da ADNSU-da müxtəlif ixtisaslar üzrə xaricdə təhsil almış mütəxəssisləri dəvət edərək tədbirlər keçirməyə davam edəcək. Öz ixtisası haqqında xaricdə təhsil almış məzunlardan məlumat almaq və onların təcrübələrini dinləmək istəyən bütün tələbələr təlimlərə qoşula bilər.


Share