×

News

News 01 Mar 2017
ADNSU-da “Mülki müdafiənin fəlakətlərlərlə mübarizədə rolu” mövzusunda tədbir keçirilib

Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Mülki müdafiənin fəlakətlərlərlə mübarizədə rolu” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev başda rektor, professor Mustafa Babanlı olmaqla bütün universitet rəhbərliyi adından hər kəsi Mülki Müdafiə Günü münasibətilə təbrik edib.

Mülki müdafiə ilə bağlı tədbirlərin əhəmiyyətini qeyd edən Ata Babayev bu mövzuda professor-müəllim heyətinin və tələbələrin maarifləndirilməsinin zəruri olduğunu bildirib.

"Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, t.e.d., professor Sakit Rəsulov ölkəmizdə son illər bu sahəyə xüsusi diqqət yetirildiyini qeyd edib.

ADNSU-nun Mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd tələbələri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə qaydalarının öyrənilməsidir.

Sonda Fövqəladə Hallar Nazirliyinin hazırladığı film tədbir iştirakçılarına nümayiş olunub.


Share