Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı, Virtual Qarabağ İKT Mərkəzinin ev sahibliyi ilə milli qəhrəman Tofiq Hüseynovun xatirəsinə həsr olunmuş “Qəlbimizi sızladan yara – Xocalı faciəsi” adlı layihənin təqdimatı keçirilib. Tədbirdə ikiqat paralimpiya çempionu, əməkdar idman ustası İlham Əzizağa oğlu Zəkiyev, milli qəhrəman Tofiq Hüseynovun qızı Əfsanə Ələkbərova və Xocalı faciəsi zamanı 3 gün əsirlikdə qalmış Səidə Qurban qızı Ələkbərova, ADNSU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.
Görüşdə tədbir iştirakçılarına ADNSU tələbələrinin təşəbbüsü ilə hazırlanmş film təqdim olunub. Filmin təqdimatından sonra qonaqlar Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşmüş, gənclərin bu sahədəki təşəbbüsü, o cümlədən layihəyə rəhbərlik etmiş ADNSU-nun 327.5 saylı qrup tələbələri Almaz Əliyeva, Aytac Kərimovanın və filmin çəkilişində iştirak etmiş digər tələbələrin işi yüksək qiymətləndirilib.