×

News

News 03 Mar 2017
Baker Hughes şirkəti ADNSU SABAH tələbələri üçün təqdimat keçirib

Martın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Baker Hughes şirkəti SABAH qruplarının IV kurs tələbələri üçün təqdimat keçirib. Tədbirdə şirkət tərəfindən ADNSU tələbələri üçün nəzərdə tutulmuş təcrübə proqramı haqqında geniş məlumat verilib. Şirkətin nümayəndələri neft və neft quyularının qazılması, texniki parametrlərinin qiymətləndirilməsi, eləcə də şirkətin bu sahədə gördüyü digər işlər barədə təqdimatla çıxış ediblər. Şirkət nümayəndələri tələbələrin suallarını cavablandırıb, onları təcrübə proqramından yararlanmağa dəvət ediblər. Sonra tələbələrin bilik və məntiqini yoxlamaq üçün sınaq test imtahanı keçirilib. Test nəticələri yüksək olan tələbələr Baker Hughes şirkətinin təcrübə proqramında iştirak etmək imkanı qazanacaqlar.

Baker Hughes dünyanın üçüncü ən böyük neft və qaz servis şirkətidir. Şirkətinin xidmətləri siyahısına qazma, ehtiyatların qiymətləndirilməsi və yataqların inkişafı daxildir. 90-dan artıq ölkədə fəaliyyət göstərən şirkətin baş ofisi Hyustonda yerləşir.


Share