Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və Energetika Fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə fakültənin fəal tələbələri Azərbaycan İctimai Uşaqlar Birliyi uşaq evini ziyarət ediblər.
Öz ziyarətləri ilə kimsəsiz uşaqları sevindirən tələbələr həmçinin uşaqlara müxtəlif hədiyyələr, geyim və gigiyenik vasitələr hədiyyə ediblər. Tələbələr kimsəsiz uşaqlarla müxtəlif oyunlar oynayıb, onların vaxtlarının əyləncəli keçməsinə çalışıblar.