Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (#ATGTİ) birgə layihəsi olan "Azərbaycan Tələbə Kartı" tezliklə bütün tələbələrə ödənişsiz olaraq paylanılacaq.
Tələbələr bu kartı əldə etməklə Azərbaycan ərazisində, həmçinin, Avropanın 30-dan çox ölkəsində 80 mindən artıq ictimai-iaşə obyektləri, kafe və restoranlar, otel və internet klublardan güzəştlə istifadə etmək imkanlarından faydalana biləcəklər.
10 mart tarixindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (#ADNSU) tələbələrin "Azərbaycan Tələbə Kartı" ilə təmin edilməsi məqsədilə sənədlərin qəbulu mərhələsinə start verilir.
Kart sahibi olmaq istəyən tələbələrimiz 10 mart saat 14:00-dan etibarən 112-ci otağa yaxınlaşaraq tələb olunan sənədləri təqdim edə bilərlər.
Tələb edilən sənədlər: Şəxsiyyət vəsiqəsinin əsli və surəti, tələbə biletinin əsli.
QEYD: "Azərbaycan Tələbə Kartı" tamamilə #Ödənişsizdir. Buna həmçinin, Tələbə Kartının sənədlərinin qəbulu mərhələsi zamanı təqdim edilən #Nar nömrə də daxildir.
#ADNSUTGT #ASOIUSYO