×

News

News 15 Mar 2017
ADNSU-da “Mənim mühazirəm” layihəsinin qalibləri mükafatlandırılıb

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2016/2017-ci tədris ilində “Mənim mühazirəm” layihəsinin qalibləri mükafatlandırılıb. ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov tələbələri təbrik edib və onlara təhsildə uğurlar arzu edib. Sonra layihədə iştirak edən tələbələrdən 22 nəfərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, rektor,  professor Mustafa Babanlının təşəbbüsü və dəstəyi ilə gerçəkləşən layihədə universitetin 22 kafedrasından tələbələr iştirak edib.

 “Mənim mühazirəm” layihəsinin məqsədi tələbələrin bilik və bacarıqlarını yoxlamaqla yanaşı, dərs prosesində keçilən mövzunun mənimsənilməsini asanlaşdırmaq, gələcəyin ixtisaslı kadrlarının yetişdirilməsində katalizator rolunu oynamaqdır. “Mənim mühazirəm” layihəsi eyni zamanda tələbələrdə sağlam rəqabət, daha yaxşı oxumaqla yanaşı, öz biliklərini auditoriyaya düzgün çatdırmaq vərdişləri aşılayır.


Share