×

News

News 30 Nov -0001
ADNSU-da Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib

ADNSU-da Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tədbiri giriş sözü ilə açaraq bu gün münasibətilə hər kəsi təbrik edib və bildirib ki, 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatı müstəqil Azərbaycanın təməlini qoyub və xalqın azadlıq uğrunda mübarizəsinin əsas mərhələlərindən biri sayılır.
İctimai Fənlər kafedrasının müdiri, professor Camal Mustafayev Azərbaycanın müstəqilliyə qədərki tarixindən və bu tarixdə Ermənistan və Rusiyanın təsirindən danışıb. O Azərbaycanın müstəqillik qazanması yolunda verdiyi itkilər və 23 il əvvəlki hadısələr haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Professor C.Mehdiyev qeyd edib ki, Azərbaycan dövlətinin müstəqilliyi böyük tarixi sınaqdan keçib, xalqın uzun illər azadlıq uğrunda apardığı mübarizə nəticəsində müstəqil Azərbaycan dövləti yaranıb
ADNSU-nun Yap İlk təşkilatının sədri, dosent Tamilla Naibova da öz növbəsində “17 noyabr”ın Azərbaycanın tarixində əlamətdar gün olduğunu qeyd edib. O Azərbaycanın müstəqlilik qazanmasında və azad, suveren ölkə kimi dünyada tanınmasında ulub öndər Heydər Əliyevin rolundan danışıb.
Qeyd edək ki, 23 il öncə -1988-ci il noyabrın 17-i Azərbaycanın Sovet İmperiyasına qarşı Milli Azadlıq hərəkatının geniş vüsət aldığı gün kimi qiymətləndirilir. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.


Share