×

News

News 28 Mar 2017
ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor  Mustafa Babanlı Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı əməkdaşlıq, eləcə də  tələbə mübadiləsi haqqında məsələlər geniş müzakirə olunub. Azərbaycan və Vyetnam  arasında hər zaman dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu deyən rektor, Mustafa Babanlı ADNSU-da təhsil alan vyetnamlı tələbələrin universitetin ictimai və mədəni həyatında xüsusi rolu olduğunu qeyd edib. Rektor M.Babanlı ali məktəbdə tədris olunan ixtisaslar, təhsil pillələri və başqa məsələlər haqqında geniş məlumat verib.

“İlk növbədə qeyd edim ki, sizin də Azİİ məzunu olduğunuz üçün qürur duyuruq. Vyetnamlı tələbələrin bizim qəlbimizdə hər zaman xüsusi yeri var. Fəxrlə deyə bilərəm ki,  vyetnamlı gənclər  həm yaxşı vətəndaş, həm də çox gözəl tələbələrdir. Ümid edirəm ki sizin bu gəlişiniz bizim əlaqələrimizi daha da inkişaf etdirəcək.” - deyə  rektor, prof. M.Babanlı bildirib.

Azərbaycanda, xüsusən də bir zamanlar təhsil aldığı doğma ali təhsil ocağında olmaqdan məmnun olduğunu deyən “Vietsovpetro” şirkətinin direktoru Do Man Hung Azİİ-nin keçmiş məzunu olaraq universitetdə yaradılan şəraitdən və aparılan islahatlardan razı qaldığını vurğulayıb.

ADNSU-da tədris prosesi və həyata keçirilən beynəlxalq proqramlar haqqında maraqlanan qonaq universitetə vyetnamlı tələbələrin cəlb olunmasına dəstək olacağını bildirib. Qonaq ADNSU ilə əlaqələrin genişləndirilməsinin və Vyetnam universitetləri ilə əməkdaşlığın artırılmasının mühüm olduğunu bildirib.


Share