Azərbayvan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı Kitabxanasında Rus ədəbiyyatı, Şərq ədəbiyyatı və Qərbi Avropa ədəbiyyatı bölməsi (rus dilində) oxucuların istifadəsinə verilib.
Bədii ədəbiyyata və bədii qiraətə marağı olan istifadəçilər (oxucular) Əsaslı Kitabxananın bədii ədəbiyyat fonduna (otaq №451) müraciət edə bilərlər.
ADNSU-nun Əsaslı Kitabxanası universal və çox zəngin olmaqla bütün sahələri əhatə edən müxtəlif çap məhsullarına malikdir. Kitabxanada texniki, ictimai-siyasi kitablarla yanaşı bədii kitablar da mövcuddur. Kitablar Azərbaycan və rus dillərində olmaqla latın və kiril əlifbası ilədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən nəşr olunmuş ədəbiyyatlar da kitabxanamızın bəddi ədəbiyyat fondunda qorunub saxlanılır və oxucuların istifadəsinə verilməkdədir.
Bədii ədəbiyyat fondu orta əsrlərdən başlayaraq müasir dövrümüzə qədər müxtəlif elmi və bədii ədəbiyyatı, lüğətləri və ensiklopediyaları əhatə edir. Fondda dünyaca məşhur Azərbaycan yazıçılarının, eləcədə Azərbaycan xalqının tarixini, adət-ənənələrini əks etdirən maraqlı kitablar və həmçinin Rus ədəbiyyatı, Şərq ədəbiyyatı və Qərbi Avropa ədəbiyyatı, onların filosoflarının, şair və yazıçılarının qiymətli, zəngin bədii və elmi əsərləri qorunub saxlanılır.