×

News

News 03 Apr 2017
Yaz semestrində Ufa Dövlət Neft Texniki Universitetində təhsil almış tələbələrlə görüş olub

Aprelin 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı yaz semestrində təhsillərini Ufa Dövlət Neft Texniki Universitetində (UDNTU) alan tələbələrlə görüşüb.

Təhsil aldıqları müddətdə tələbələrin UDNTU haqqında təəssüratlarını dinləyən rektor M.Babanlı onların tədris göstəriciləri və imtahan nəticələri ilə maraqlanıb. Görüşdə UDNTU-dakı tədris prosesi, tələbə həyatı, imtahanlar, eləcə də texniki avadanlıqlar haqqında müzakirə aparılıb.

Rektor M.Babanlı ADNSU-nun UDNTU ilə münasibətlərindən danışıb, tələbələrə doğma ali məktəbi və ölkəmizi xarici ölkədə layiqincə təmsil etdikləri və yüksək nəticələrlə geri döndükləri üçün təşəkkürünü bildirib. Gənclərə daim öz üzərlərində işləməyi, eyni zamanda yeniliklərə və innovativ ideyalara hər zaman açıq olmağı tövsiyə edən rektor təhsillərini davam etdirmək və təcrübə keçmək üçün onlara yeni imkanların yaradılacağını bildirib.

ADNSU-nun 4 tələbəsi – Şıxəliyev Rəşad, Qasımov Emil, Məmmədli Zaur, Cəbrayılzadə Fərhad 2016/2017-ci il tədris ilinin yaz semestrində təhsillərini UDTNU-da davam etdirmək üçün yanvarın 27-də Rusiyanın Ufa şəhərinə yola düşmüşdülər.


Share