ADNSU tələbələri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının keçirdiyi “Kursant və tələbələrin “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda keçirilən elmi-praktiki konfransın qalibləri olub. ADNSU-nun Qaz-Neft Mədən Fakültəsinin IV kurs tələbələri İsmayıl Muxtar oğlu Eyvazlı və Çinarzadə Cəmilə Müşviq qızı martın 29-da keçirilən elmi-praktiki konfransda iştiraklarına və çıxışlarına görə Fəxri Fərmanla təltif olunublar. 9 universitetdən 60-a yaxın tələbənin iştirak etdiyi konfransda ADNSU tələbələri mükafatlandırılan 5 nəfərin arasında olub. İ.Eyvazlı “Pirofor çöküntülərin dezaktivaziyası üçün köpükləndirici”, C.Çinarzadə isə “Neft və qaz kompleksində avadanlığın pirofor çöküntülərdən təhlükəsiz təmizlənməsi” mövzularında elmi məqalə ilə çıxış ediblər.