×

News

News 05 Apr 2017
ADNSU-da özfəaliyyət kollektivlərinə baxış konserti keçirilib

Aprelin 5-də Ali Məktəb Tələbələrinin bədii yaradıcılıq festivalına hazırlığı məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) özfəaliyyət kollektivinə baxış konserti keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bu tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən keçirilir. Tədbirdə özfəaliyyət kollektivimizin qiymətləndirilməsi professional incəsənət nümayəndələri, əməkdar incəsənət xadimləri tərəfindən aparılıb. Münsiflər heyətində tanınmış incəsənət xadimləri iştirak edib.

ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin tələbələri müxtəlif janrlara müraciət ediblər. ADNSU-nun "Gənclik" mahnı və rəqs ansamblı "Azərbaycan Suitası", "Tərəkəmə", "Şəki" rəqsi, "Şalı Şalı", "Naz eləmə" və Salsa Latın Amerikası rəqsləri ifa ediblər.

Proqrama əsasən Cəmilə Nəsirzadə (İTİF), Nərgiz Umarova (QNMF), Jalə Əliyeva (UFAZ), Camal Qurbanov (NMF) Babil Sultanov(QNMF), Gəncəli İmanov (İTİF), Naib İbişov (İTİF), İlkin Səfərli (UFAZ), Şəlalə Əbilova (İTİF), Eltun Baratlı (İTİF) və Vahid Məmmədzadə (QNMF) müxtəlif sahələrdə öz istedadlarını nümayiş etdiriblər.


Share