×

News

News 06 Apr 2017
ADNSU-nun Həmkarlar İttifaqının XXII konfransı keçirilib

Aprelin 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Həmkarlar İttifaqı Komitəsinin XXII konfransı keçirilib. Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının katibi Mübariz Eyvazov (ATİAHİ), ADNSU Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev və 71 konfrans üzvü iştirak edib.

Tədbirdə HİK-in beş il müddətində gördüyü işləri əks etdirən geniş hesabatla çıxış edən M.Babayev komitənin əsas fəaliyyətinin işçilərin əmək, sosial, iqtisadi hüquqlarının və digər qanuni mənafelərinin müdafiəsi istiqamətində aparıldığını vurğulayıb. Həmkarlar İttifaqı Komitəsinin professor-müəllim heyəti, elmi işçilər, tədris köməkçi heyət və təsərrüfat işçilərinin iş şəraitinin yaxşılaşdırılması və onların istirahətlərinin təşkili üçün daimi olaraq iş apardığını deyən M.Babayev kollektivdə normal mənəvi-psixoloji mühit yaratmaq üçün hər cür tədbir gördüklərini bildirib. Bununla yanaşı HİK tərəfindən sosial müdafiəyə ehtiyacı olan əməkdaşlara müntəzəm olaraq yardımlar verildiyini qeyd edən M.Babayev kollektivin hər bir üzvünə universitet tərəfindən yüksək diqqət və qayğı göstərildiyini deyib.

Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının sədri dosent, Hamlet Hüseynov və digər məclis üzvləri görülən işlər haqqında hesabat veriblər.

Konfransda məclis üzvləri tərəfindən sədrliyə namizədliyi irəli sürülən Məzahir Babayev ADNSU Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. Kofransda həmçinin Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının yeni heyəti də konfrans iştirakçıları tərəfindən seçilib.

Sonra rektor, professor Mustafa Babanlı çıxış edərək HİK-in fəaliyyətini yüksək dəyərləndirib, HİK-in kollektiv daxilində sosial abu-havanın yaxşılaşdırılması istiqamətində gördüyü işlərin önəmindən bəhs edib. ADNSU kollektivinin sarsılmaz və möhkəm dəyərlərlə bir-birinə bağlı olduğunu söyləyən rektor M.Babanlı HİK-in bu işdə çox böyük rolu olduğunu bildirib.


Share