×

Xəbərlər

Xəbərlər 15 Apr 2026
ADNSU-da Türkiyənin Necmettin Erbakan Universitetinin nümayəndəsi ilə görüş keçirilib

Aprelin 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyə Respublikasının Necmettin Erbakan Universitetinin Beynəlxalq Əlaqələr üzrə şöbə müdiri Dr. Fırat Yaldızla görüş keçirilib. Görüşdə ADNSU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov, Akkreditasiya və keyfiyyət təminatı şöbəsinin müdiri Gülnar Cəfərova və Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi Dilarə Rəfi iştirak ediblər.

Görüş çərçivəsində iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, birgə tədqiqat imkanlarının artırılması, doktorantura səviyyəsində ikili elmi rəhbərlik mexanizmlərinin tətbiqi və digər mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və gələcəkdə konkret layihələrin həyata keçirilməsi üçün ilkin razılıqlar əldə olunub.


Paylaş