22–23 oktyabr 2026-cı il tarixlərində sənayenin avtomatlaşdırılması üçün intellektual sistemlərə həsr olunmuş 14-cü beynəlxalq konfrans keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) həmtəşkilatçılığı ilə keçirilən tədbirdə universitetin nümayəndə heyəti iştirak edib.
Konfrans ADNSU, Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Özbəkistan Respublikasının Elmlər Akademiyası, Daşkənd Dövlət Texniki Universiteti, Azərbaycan Zadə İrsi Assosiasiyası, Zigen Universiteti, “Ximavtomat” MMC, “Uzkimyosanoat” ASC və ABŞ-nin Zadə İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub.
Tədbirdə ADNSU-nun Biznes Məktəbinin proqram rəhbəri, professor Rafiq Əliyev, Rəqəmsal texnologiyalar fakültəsinin İnformasiya texnologiyaları kafedrasının professoru Lətafət Qardaşova və “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə fəlsəfə doktoru proqramının üçüncü kurs doktorantı Jalə Əhmədova plenar məruzələrlə çıxış ediblər.
Konfransın sədrlərindən biri olan professor Rafiq Əliyev “İkinci tip Z-ədədlərmövzusunda plenar məruzə təqdim edib.
Təşkilat komitəsinin həmsədrlərindən biri və plenar iclasların moderatoru, professor Lətafət Qardaşova “Z-ekspert sistemi” mövzusunda çıxış edib.
Doktorant Jalə Əhmədova isə “Onlayn müştəri rəyləri əsasında məhsul seçiminin hibrid sentiment analizi” mövzusunda plenar məruzə təqdim edib.
Ümumilikdə, ADNSU-dan konfransa 13 məqalə qəbul olunub. Universitet nümayəndələrinin iştirakı intellektual sistemlər, qərar qəbuletmə və verilənlərin təhlili istiqamətlərində aparılan tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsinə və elmi təcrübə mübadiləsinə imkan yaradıb.