Oktyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektorunun müşaviri Nəsibə Əmirbəyova və Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Həbibə Nəzirova Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində “Petrovietnam” şirkətinin baş qərargahındaşirkət nümayəndələri ilə görüş keçiriblər.
Səmərəli müzakirələr şəraitində keçən görüşdə ADNSU məzunlarının “Petrovietnam” şirkətində fəaliyyəti, universitetin əcnəbi məzunlar şəbəkəsinin genişləndirilməsi və ADNSU iləşirkət arasında sənaye əməkdaşlığının inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə olunub.
Qeyd edək ki, ADNSU-da doktorantura təhsili almış bir sıra vyetnamlı məzunlar hazırda “Petrovietnam” şirkətində rəhbərvəzifələrdə çalışırlar. Onlardan biri olan Vũ Ngọc An iki həftə əvvəl “Petrovietnam Chemical and Services Corporation” şirkətinin baş direktoru (General Director) vəzifəsinə təyin olunub.
ADNSU məzunlarının beynəlxalq enerji sektorunda rəhbər vəzifələrdə təmsil olunması universitetin yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına verdiyi töhfəni və beynəlxalq məzunlar şəbəkəsinin əhəmiyyətini nümayiş etdirir.