×

News

News 12 Feb 2025
ADNSU-nun 41 nəfər tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub

ADNSU-nun 41 nəfər tələbəsi 2025-ci il üçün SOCAR-ın “Gənc İstedadlar Proqramı” üzrə elan edilmiş müsabiqənin qalibi seçilib. 

ADNSU-nun İnformaisya texnologiyaları və idarəetmə fakültəsi, Kimya-texnologiya fakültəsi, Neft-mexanika fakültəsi, həmçinin Energetika və qaz-neft mədən fakültəsi üzrə 41 nəfər bakalavr və masgitr tələbə SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi kimi nəzəri və praktiki biliklərinin inkişafı və kareyra imkanlarının yaradılması məqsədilə təcrübəəyə cəlb ediliblər. 

Qeyd edək ki, proqram 5 ay ərzində gənclərə SOCAR-da istehsalat təcrübəsində iştirak etmək, ixtisas biliklərinin və davranış səriştəliklərinin inkişaf etməsi üçün təşkil olunan təlimlərdə iştirak etmək, müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı verir. Proqramın sonunda öz bilik və bacarıqları ilə seçilən peşəkar və perspektivli gənclər işlə təmin olunma imkanı əldə edirlər.

Proqramın təcrübə müddətini və yekun seçim mərhələsini uğurla keçən namizədlərə sonda iş təklifi olunur.


Share